Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Türkiyədə son 10 ildə 10 min məscid tikilib

Diyanət İşləri Nazirliyi Türkiyənin məscid xəritəsini çıxarıb

Diyanət İşləri Nazirliyinin təqdim etdiyi statistikalara görə, Türkiyədə 86 min 762 məscid var.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul 3 min 317 məscidlə ən çox məscidin olduğu şəhər olub. 6 avqust 2013-cü ildə təməlləri atılan və Qədir Gecəsində açılan Türkiyə tarixində ən böyük məscid olma özəlliyinə sahib Çamlıca Məscid ilə İstanbuldakı məscidlərin sayı artaraq 3 min 318 olub.

Ən az məscid Tuncelidədir…

İstanbulu 3 min 134 ilə Konya, 2 min 994 ilə Ankara təqib edir. Tunceli 90, Yalova 162, Kilis 216 məscid sayı ilə ən az məscidin olduğu şəhərlərin siyahısına daxil olub.

“Peyğəmbərlər şəhəri” olaraq bilinən Şanlıurfada 1902 məscidin olduğu qeydə alınarkən, Diyarbəkirdə 2004, Mardində isə 1129 məscidin olduğu açıqlanıb.

Son 10 ildə artan məscid sayının 2005-ci ildə 77 min 777 olduğu halda, 2015-ci ildə təqribən 10 min artaraq 87 minə yaxınlaşması bu nəzərə çarpan artımı gözlər önünə sərir.

Türkiyədə məscidlərin illərə görə artımı…

2006-cı ildə 78 min 608…

2007-ci ildə 79 min 96…

2008-ci ildə 80 min 53…

2009-cu ildə 80 min 636…

2010-cu ildə 81 min 984…

2011-ci ildə 82 min 693…

2012-ci ildə 84 min 684…

2013-cü ildə 85 min 412…

2014-cü ildə 86 min 101…

2015-ci ildə 86 min 762…

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az