Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Türkiyədə qurban kəsərkən heyvanlara əziyyət verənlər cərimə olunacaq

“Heyvanların peşəkar qəssablar tərəfindən kəsilməsi şərtdir”.

Türkiyədə qurban kəsərkən ehtiyatsız davranaraq heyvanalara əziyyət verən şəxslər cərimə olunacaq.

Din.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin meşə və su işləri naziri Veysəl Əroğlu deyib.

O bildirib ki, heyvanın əziyyət çəkməsinə səbəb olanlar 540 lirədən 2752 lirəyə qədər cərimə ediləcəklər.

Nazir vurğulayıb ki, heyvanların dövlət orqanlarının müəyyənləşdirdiyi yerlərdə və peşəkar qəssablar tərəfindən kəsilməsi şərtdir. Onun sözlərinə görə, buna əməl etməyənlər hər baş heyvana görə 1097 lirə cərimə olunacaqlar.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az