Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Türkiyədə məscidi yük maşını ilə başqa bölgəyə apardılar – VİDEO

Məscidin su altında qalmaması üçün onun yerinin dəyişdirdilər.

Türkiyədə məscid bir bölgədən başqa bölgəyə daşınıb.

Din.az xəbər verir ki, Türkiyənin Batman əyalətində məscidin təxliyyəsi üzrə “xüsusi əməliyyat” keçirilib. Müsəlman məbədinin su altında qalmaması üçün, onun yerinin dəyişdirilməsi haqda qərar qəbul edilib.

Məlum olub ki, yaxın zamanda bu ərazidə çox güclü su elektrik stansiyası istifadəyə veriləcək. Həmin stansiyanın tikintisi isə su anbarının yaradılmasını tələb edir.

Nəticədə mümkün su altında qalma zonasında qədim Həsənkeyf şəhəri də olub. Həmin şəhərdə isə çox sayda memarlıq, tarixi və mədəniyyət abidələri var. Əyalət rəhbərliyi hazırda daha dəyərli obyektlərin təxliyyəsi üzrə əməliyyat keçirir.

Tarixçilər bildirirlər ki, yeri dəyişdirilən Əyyub məscidinin azı 600 yaşı var. 4600 ton çəkisi olan binanın təxliyyəsi üçün, bina 3 hissəyə bölünüb.

Xüsusi texnika vasitəsi ilə məcsid yeni əraziyə – xüsusi yaradılmış “Həsənkeyf” mədəniyyət parkına köçürülüb. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az