Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Türkiyədə islam olduğu üçün ABŞ çevriliş etmək niyyətindədir

Bu, isbat olunarsa, Amerika üçün böyük bir rüsvayçılıq olacaq…

Amerika islam və islami hərəkətlərə müxalifdir.

“Din.az” xəbər evrir ki, bunu İranın Ali Dini lideri Ayətullah Xamenei söyləyib.

Onun sözlərinə görə, Türkiyədəki son hadisələrin arxasında amerikalıların dayandığı sübut olunsa, bu, onlar üçün böyük rüsvayçılıq olacaq:

“Amerikanın düşmənçiliyi təkcə İrana qarşı deyil. Türkiyədəki son hadisələrin də amerikalıların dəstəyi ilə hazırlandığı barədə çox böyük ittiham var. Bu məsələ isbat olunarsa, Amerika üçün böyük bir rüsvayçılıq olacaq. Türkiyə Amerikanın bölgədəki müttəfiqidir. Amerikalılar islam və islami hərəkətlərə qarşı müxalifdirlər. Türkiyədə islami hərəkətlər olduğu üçün onlar burada çevriliş etmək niyyətindədirlər”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az