Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

TÜRKİYƏDƏ İŞDƏN UZAQLAŞDIRILANLAR VƏZİFƏSİNƏ GERİ QAYTARILIB – 416 NƏFƏR

“Mart ayına qədərki müddətdə 18 min 331 insan vəzifəsinə geri qaytarılıb”.

Türkiyədə fövqəladə vəziyyətlə bağlı yeni qərara görə, çevriliş cəhdindən sonra işdən uzaqlaşdırılmış 416 nəfər vəzifələrinə bərpa olunub.

“Din.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki , bəzi dövlət qurumlarının siyahısında vəzifələrə qayıdanların sayı göstərilir:

Daxili İşlər Nazirliyinin Yerli İdarələri: 90 nəfər

Dini İşlər Nazirliyi: 76

Ali Təhsil Təşkilatı: 37

Sosial Müdafiə Təşkilatı: 24

Baş Təhlükəsizlik İdarəsi: 24

Ədliyyə Nazirliyi və ona bağlı təşkilatlar: 15

Türk Silahlı Qüvvələrindəki (TSK) vəzifələrinə geri qayıdanların sayı  isə 7 nəfər olub. Onların arasında professor, general Atilla Güngör da var.

Mart ayında Əmək və Sosial Müdafiə Nazirliyi tərəfindən verilən məlumata görə, ötən ilin iyul ayında baş verən dövlət çevrilişinə cəhddən sonra “FETO araşdırması” nəticəsində 125 min 485 nəfər insan vəzifədən uzaqlaşdırılmışdı.

Nazirlik mart ayına qədərki müddətdə 18 min 331 insanın da vəzifəsinə geri qaytarıldığını xəbər vermişdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az