TÜRKİYƏDƏ İLAHİYYAT FAKÜLTƏSİNDƏ BOŞ YER QALMADI

Türkiyədə ilahiyyat fakültəsinə maraq artır.
Türkiyədə qəbul imtahanlarının nəticələri açıqlanıb.
Din.az bildirir ki, ötən illə müqayisədə 4 dəfə çox, yəni 214 min 430 yer boş qalıb. Bu, təhsil ictimaiyyətində böyük təəccüb yaradıb.
Plan yerlərinin hamısının dolduğu ixtisaslar isə hüquq və ilahiyyat olub.
Mütəxəssislərin fikrincə ilahiyyat fakültəsinə marağın çox olmasına səbəb “Din Mədəniyyəti” və “Əxlaq bilgisi” müəllimliyi fakültələrinin üç il əvvəl ləğv olunması ilə ilahiyyat məzunlarının müəllim olması və bu sahədəki vakansiyaların çox olmasıdır.
Bu da göstərir ki, abituriyentlər ixtisas seçərkən gələcəkdə işlə təmin olunub-olunmayacaqları haqda daha ciddi düşünməyə başlayıblar. / A24.Az