Türkiyədə FETÖ əməliyyatı: 133 nəfər saxlanılacaq

Türkiyədə FETÖ təşkilatına qarşı mübarizə davam edir.
Türkiyədə FETÖ təşkilatına qarşı əməliyyatları davam etdirir.
Din.az xəbər verir ki, İzmir Prokurorluğu FETÖ təşkilatına aidliyi iddia olunan 133 hərbi qulluqçunun həbsinə sanksiya verib.
Ölkənin 44 vilayətində paralel aparılan əməliyyatlar zamanı saxlanılanlardan 82-si hazırda orduda qulluq edir. Onlar 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddə təqsirləndirilirlər. / Modern.az