Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

TÜRKİYƏDƏ BİR NƏFƏR MƏSCİDƏ GİRƏRƏK UŞAQLARI DÖYÜB – VİDEO

Məsciddə gözlənilməz hadisə…

İstanbulun Pendik bölgəsindəki Fatih Kaynarca məscidinə naməlum şəxs tərəfindən, axşam namazı vaxtı hücum olub.

Din.az “Oxu.Az”a istinadən xəbər verir ki, həmin şəxs içəri girən kimi uşaqları döyməyə başlayıb.

Qarşısına keçən uşaqlara şillə-təpik vurmağa başlayan şəxsə digər şəxslər müdaxilə etməyə çalışıb. Bəzi uşaqlara xəsarət yetirən adam məsciddən qaçıb.

Onun hansı səbəbdən uşaqlara hücum etdiyi bilinmir.

Hazırda məscidə namaz qılmağa gələnlər o şəxsin tapılaraq cəzalandırılmasını tələb ediblər.

Həmin görüntüləri təqdim edirik :

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az