Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Türkiyədə 3500-dən çox İŞİD terrorçusu həbs olunub

Türkiyədə terrorla mübarizə sərt şəkildə davam etdirilir.

Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən indiyədək 3500 nəfərdən çox İŞİD terror qruplaşması yaraqlısı həbs olunub.

“Din.az” “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Binəli Yıldırım məlumat verib.

O qeyd edib ki, terrorçuların həbs olunması sayəsində ölkədə qətl və digər cinayətlərin qarşısı alınıb, həmçinin əlavə edib ki, Türkiyə hakimiyyəti 50 mindən çox İŞİD əlaltısının sərhədləri qanunsuz keçməsinin qarşısını alıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az