Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Türkiyə və Rusiya şəhidlərini qoruyacaq – Müqavilə

Şəhidlərlə bağlı imzalanan müqavilə dünəndən qüvvəyə minib.

Rusiya hökumətindən verilən açıqlamaya görə, 2012-ci il dekabrın 3-də Rusiya və Türkiyə arasında şəhidlərlə bağlı imzalanan hökumətlərarası müqavilə dünəndən qüvvəyə minib.

Din.az A24.Az-a istinadən xəbər verir ki, müqaviləyə əsasən hər iki ölkənin dini və mədəni ənənələri nəzərə alınaraq torpaqlarında olan şəhid məzarları bərpa ediləcək və qorunacaq.

Bundan başqa, müqavilədə o da bildirilir ki, I dünya müharibəsi illərində əsir düşən və şəhid olaraq Rusiyanın Krasnoyarsk bölgəsində dəfn edilən türk əsgərlərinin xatirəsinə abidə ucaldılacaq. Rusiyanın digər bölgələrində də türk əsgərlərinin məzarlarının aşkarlanması və onlarında xatirəsinə abidə inşa edilməsi planlaşdırılır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az