“Türkiyə suriyalı qaçqınların saxlanmasına 30 milyon dollar xərcləyib”

“Suriyalı qaçqınlar daha çox məhz Türkiyədə məskunlaşıblar”.
Din.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.
O qeyd edib ki, hazırda suriyalı qaçqınlar daha çox məhz Türkiyədə məskunlaşıblar.
Baş nazir bildirib ki, Türkiyə Rusiya və İran kimi Suriyada sülh və sabitliyin bərqərar olmasını istəyir:
“Türkiyə, Rusiya və İran sayəsində Suriyada müxalifətlə rejim qüvvələri arasında barışıq əldə olundu”.