Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Türkiyə səfiri: “Nəticədə ya biz, ya da Azərbaycan birinci olacaq”.

İslam Həmrəyliyi Oyunlarında gərgin mübarizə davam edir.

“Azərbaycan IV İslam Həmrəyliyi oyunlarını çox gözəl təşkil edib”.

Din.az APA-ya istinadən bildirir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O, bu münasibətlə Azərbaycana təbriklərini çatdırıb. Səfir bildirib ki, bu oyunlarda Azərbaycan və Türkiyə idmançıları medal uğrunda əsl mübarizə aparırlar: “Hansısa mərhələdə Azərbaycan birinci sırada qərarlaşdı, sonra biz birinci olduq. Oyunların sonuna 4 gün qalıb. Hesab edirəm ki, nəticədə ya biz, ya da Azərbaycan birinci olacaq”.

Qeyd edək ki, növbəti İslam Həmrəyliyi Oyunları 2021-ci ildə İstanbulda keçiriləcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az