Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Türkiyə Qətər böhranının tezliklə həll olunacağına ümid edir

“Türkiyə üçün Qətər böhranı iki qardaş dövlət arasında problem deməkdir”.

“Türkiyə Qətər böhranının tezliklə həll olunacağına ümid edir”.

Din.az “Trend”ə istinadən xəbər verir ki,  bunu Türkiyə Prezidentinin mətbuat xidmətinin rəhbəri İbrahim Kalın deyib.

Onun sözlərinə görə, Türkiyə böhranın ilk günündən onun nizamlanmasına böyük səy göstərir:

“Türkiyə üçün Qətər böhranı iki qardaş dövlət arasında problem deməkdir”.

Qeyd edək ki, ötən gün BƏƏ-nin xarici işlər naziri Ənvər Qarqaş Türkiyəni Qətər böhranı məsələsi üzrə balanslaşdırılmış siyasət yürütməyə çağırıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra digər ölkələr Qətərlə münasibətləri dayandırdığını və ya azaltdığını bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az