Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Türkiyə prezidenti: “Rusiyada FETO ilə əlaqədə olanlar haqqında lazımi addımlar atılacağına inanıram”

“FETO ilə əlaqədə olan insanlar və təşkilatlar haqqında gərəkli addımları atacağınıza inanıram”.

“FETO terror təşkilatı ilə mübarizəyə nə qədər önəm verdiyimiz məlumunuzdur. Bu mövzuda göstərdiyini həssaslığa görə sizə təşəkkürümü bildirirəm”.

“Din.az” bildirir ki, APA-nın Moskva müxbirinin xəbərinə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Moskvada keçirilən VI iclasında deyib. “Ancaq bu terror təşkilatının başqa adlar altında fərqli sahələrdə gizli fəaliyyət göstərdiyini unutmaq olmaz. Moskva və Sankt-Peterburqda FETO ilə əlaqədə olan insanlar və təşkilatlar haqqında gərəkli addımları atacağınıza inanıram”, – deyə o, söyləyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az