Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın zamanlarda İrana səfər edəcək

İran və Türkiyə arasındakı əlaqələrin müsbət istiqamətdə getməsi üçün işlər görüləcək.

İran kütləvi informasiya vasitələrinin məlumatına əsasən, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin Asiya və Okeanya ölkələri üzrə idarəsinin rəisi İbrahim Rəhimpur bildirib.

Din.az-ın verdiyi xəbərə görə, Tehranda Türkiyə XİN başçısının müavini Ümit Yalçınla görüşdə İranlı diplomat deyib ki, iki ölkə arasında ticarət dövriyyəsini 30 milyard dollar səviyyəsinə çatdırmaq üçün siyasi, ticarət və iqtisadi sahələrdə bütün məsul şəxslərin əməkdaşlıq etməsi vacibdir.

Ümit Yalçın isə vurğulayıb ki, İran və Türkiyə arasındakı əlaqələrin yaxşı istiqamətdə irəliləməsi üçün qarşılıqlı görüşlərin artırılması, iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi böyük əhəmiyyətə malikdir. / virtual.org

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az