Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Türkiyə Məkkə və Mədinəni… – Səudiyyəli jurnalistdən HƏDDİNİ AŞAN SÖZLƏR

“Türkiyə bölgədə “imperial mənfəətlət” güdür.

Səudiyyə Ərəbistanında vəliəhd şahzadə Məhəmmid bin Salmana yaxınlığı ilə tanınan jurnalist Dehham əl-İneyzi qatıldığı bir proqramda Türkiyə əleyhinə sərt ifadələr işlədib.

Din.az Publika.az-a istinadən xəbər verir ki, jurnalist İsrail deyil, türklər və farsların ərəblərin düşməni olduğunu deyib.

Jurnalist ölkəsinin İsraillə bir probleminin olmadığını bildirib.

İran ilə ərəblərin döyüşdüyünü iddia edən Əl-İneyzi “Yeni Osmanlılar” olaraq xarakterizə etdiyi Türkiyənin də bölgədə “imperial əməllər güddüyünü”, Məkkə ilə Mədinəyə yenidən hökm etmək istədiyini söyləyib.

“Səudiyyə Ərəbistanı buna icazə verməyəcək”, – jurnalist yekunlaşdırıb.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az