Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

TÜRKİYƏ MEDİASI QAFQAZ UNİVERSİTETİNİN BAĞLANMASINI ŞƏRH ETDİ – VİDEO

İdarəçiliyinə azərbaycanlı müəllimlərin gətirildiyi universitet bu dəfə tamamilə ləğv edildi.

Yanvarın 18-də Azərbaycanda Qafqaz Universitetinin bağlanması Türkiyə mediasında da gündəm olub.

“Din.az” “A24.Az”a istinadən bildirir ki, Türkiyə kanalları Universitetin bağlanması xəbərlərinə “Azərbaycandan FETO-ya daha bir zərbə” başlığını verib. Aparıcı “FETO-nun Azərbaycandakı ən böyük təhsil ocaqlarından biri olan Qafqaz Universiteti bağlandı. Daha əvvəl FETO-çulardan təmizlənən və idarəçiliyinə azərbaycanlı müəllimlərin gətirildiyi universitet bu dəfə tamamilə ləğv edildi”, – deyə xəbərə giriş verib.

Türkiyə mediasında yayımlanan videoxəbəri sizə təqdim edirik:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az