Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

TÜRKİYƏ MEDİASI DA YAZDI: “TALE BAĞIRZADƏ FETO-ÇUDUR”

Tale Bağırzadə və onun digər üzvlərinin Gülənin davamçısı olduğu iddia edilib.

Azərbaycanda “Müsəlman Birliyi Hərəkatı” FETO yönlü hərəkat kimi göstərildi.

Azərbaycanda televiziya kanallarından biri “Müsəlmanlar Birliyi” hərəkatı və onun rəhbəri, ilahiyyatçı Tale Bağırzadəni Fəthullah Gülən qrupu ilə əlaqədə olmaqda təqsirkar bilib. Bu barədə Türkiyə mətbuatında xəbərlər yayılıb.

“Din.az”ın əldə etdiyi məlumata görə, Türkiyə mediasında Azərbaycanın “Xəzər” kanalında “Müsəlman Birliyi Hərəkatı”nın rəhbəri Tale Bağırzadə və onun digər üzvlərinin Gülənin davamçısı olması haqqında xəbər verdiyi barədə məlumatlar yayılıb.

“Müsəlmanlar Birliyi” hərəkatından indiyə qədər bu iddialarla bağlı hər hansı bir açıqlama etməyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az