Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Türkiyə istəsə də orada dini dövlət yarana bilməz”

Darvinin təkamül nəzəriyyəsinin müəyyən tezisləri artıq dünyada qəbul olunmur.

Türkiyənin orta məktəblərinin təhsil proqramlarında təkamül nəzəriyyəsinin tədrisi ilə bağlı edilən dəyişiklik Azərbaycanda sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

“Din.az” “Qafqazinfo”ya istinadən xəbər verir ki, bir çox aktiv istifadəçi və ziyalı qərarı paylaşaraq bunun yolverilməz olduğunu qeyd ediblər. Hətta bu qərarla Türkiyənin İran yolu tutduğunu iddia ediblər.

trend_fazil_mustafa_albom_4

Araşdırmalar nəticəsində məlum olub ki, söhbət Darvin nəzəriyyəsinin dərsliklərdən çıxarılmasından gedir.

Türkiyənin təhsil naziri İsmet Yılmaz cari təhsil ilində qüvvəyə minəcək yeni təhsil proqramının özəlliklərindən bəhs edərkən deyib ki, yuxarı siniflər üçün nəzərdə tutulmuş biologiya dərsliklərindən təkamül nəzəriyyəsi ilə bağlı bölüm çıxarılacaq. Onların yerini ətraf mühit şəraitinin genetik dəyişikliklərə təsiri barədə “Canlılar və çevrə” bölməsi tutacaq.

Türkiyənin orta məktəblərində azərbaycanlı şagirdlərin də oxuduğunu nəzərə alaraq məsələ ilə bağlı millət vəkili Fazil Mustafanın fikirlərini öyrəndik.

Deputat deyib ki, proqramda edilən dəyişikliklərin dünyəvi dövlətlə heç bir əlaqəsi yoxdur: “Çünki Darvinin təkamül nəzəriyyəsinin müəyyən tezisləri artıq dünyada qəbul olunmur. Sadəcə nəzəriyyə haqqında məlumat verilməlidir. İnsanları təkcə dini deyil, bununla yanaşı ateist təfəkkürləri də öyrənməlidir. Burada söhbət kiminsə təbliğatından getmir. Ona görə də Darvin nəzəriyyəsinin məlumatlandırılma bölümü dərsliklərdə saxlanılmalıdır. Bu da şagirdlərdə bilginin məhdud olmamasına xidmət göstərə bilər. O baxımdan da tam çıxarılması yanlışdır.

Ancaq ləğv olunursa, bu da İrana doğru yaxınlaşmaq anlamını verməməlidir. Türkiyə istəsə də orada dini dövlət yarana bilməz. Çünki Türkiyədə dini milliləşdirməyiblər. İslamın hər hansı cərəyanlarını qəbu etmək məsələsi əsasda dayanır. Populyar dini zehniyyət Türkiyədə geniş deyil. Modern düşüncə sahibləri də çoxdur. Bu baxımdan da hər hansı təhlükəni görmürəm. İranda isə din milliləşib. Sırf farslara məxsus olan bir dini düşüncə var”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az