Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Türkiyə baş nazirinin müavini: “FETÖ üzvləri vəzifəli şəxslərin uşaqlarını təhsil mərkəzlərində ələ alırlar”

“FETÖ təşkilatının ikinci əsas üzü terrordur”.

“2016-cı ilin iyulun 15-də dövlət çevirilişinə cəhd zamanı türk xalqı dövlətinə sahib çıxdı. Bu hadisələrlə bağlı hər şey şəffafdır”.

Din.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Nüman Kurtulmuş xarici media nümayəndələri ilə görüşündə deyib.

O bildirib ki, bu hadisə ən böyük xəyanət idi: “Cinayətkar şəbəkə ilə üz-üzə qalmışdıq. Bu hadisələri, bunun arxasında dayananları unutmayacağıq, unutdurmayacağıq. Türkiyə demokratik ölkədir. Amma buna baxmayaraq, Türkiyədə 5 dəfə dövlət çevirilişi olub. Bu, xalqın seçiminə qarşı çıxmaqdır. Xalq 15 iyul hadisəsinin qarşısında dayandı. Biz bunu unutmarıq. Həmin gecə xalq qəhrəmanlıq nümayiş etdirdi. Mübaliğəsiz deyirəm, bu hadisə Türkiyə, o cümlədən dünyada mühüm hadisə kimi yadda qalıb. Yəni, bu cür hadisədə dünya dövlətlərinin necə davrandığı məlum oldu. FETÖ terror təşkilatının iki üzü var. Bir üzünə baxanda təhsil, yardım işləri ilə məşğul olanlar görərsiniz. İkinci əsas üzü isə terrordur. Onlar dövlətin içinə sızmışdılar. Kimsə güman etməzdi ki, onlar dinc insanlara qarşı silah çəkərlər. Bunun digər terror təşkilatlarından fərqi yoxdur. İŞİD İslamı necə gözdən salırsa, onlar da o cür edirlər”.

Baş nazirin müavini qeyd edib ki, bu terror təşkilatı təkcə Türkiyə üçün deyil, dünya üçün də təhlükəlidir: “Onlar vəzifəli şəxslərin uşaqlarını təhsil mərkəzlərində öz tərəflərinə çəkirlər. Bir neçə ölkədə fəaliyyət göstərirlər. Onlar həm də siyasətlə məşğul olurlar. Dinlə məşğul olursansa, siyasətlə nə işin?!”

N.Kurtulmuş bildirib ki, 15 iyul hadisəsində baş verənlər gerçəkdir: “Onlar istədiklərini etsəydilər, Türkiyədə hər şey başqa cür olacaqdı. Bu ölkə Suriyanın gününə salınacaq, bəlkə də hansısa dövlət tərəfindən işğal ediləcəkdi. Bu hadisənin planlaşdırılmış iş olduğunu iddia edənlər də var. Amma əmin olun ki, hər şey gerçəkdir, faktlar ortadadır. Biz ölkəni onlardan təmizləyirik. Onlar özlərini qəhrəman hesab edirlər. Nəyi qəhrəmanlıq hesab edirlər? Türkiyə prezidentini öldürməyi?!”

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az