Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

TÜRKİYƏ 300 MÜSƏLMANA 2 MİN QURAN PAYLADI – VİDEO

300 nəfəri müsəlman olan ölkədə Qurani-Kərim kitabı yoxdur.

Türkiyə 300 müsəlmanın yaşadığı Samoaya Qurani-Kərim göndərib.

“Din.az” bildirir ki, Samoa adası Türkiyədən 16.390 km uzaqlıqda yerləşir. Kiçik bir ada ölkəsi olan Samoanın 192 min əhalisi var. Lakin cəmi 300 nəfəri müsəlman olan ölkədə Qurani-Kərim kitabı yoxdur.

Türkiyə Diyanət İşləri Nazirliyi Samoa müsəlmanlarının bu ehtiyacını cavabsız qoymayıb. Həm ingilis, həm də Samoa dilini bilən professordan yardım alaraq Quran kitabı çap etdirib. İki il davam edən işlərdən sonra 2 min ədəd Quran və onun tərcüməsini hazırlayıblar.

Xatırladaq ki, “Hədiyyəm Quran olsun” kampaniyası çərçivəsində indiyə qədər 700 min Quran dünyada yaşayan müsəlmanlara paylanılıb.

Sözügedən videomaterialı sizə təqdim edirik:

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az