Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Türk şəhidliyi baxımsız vəziyyətdədir? – AÇIQLAMA

“Hər iki türk məzarlığı baxımsız vəziyyətdədir”.

1918-ci ilin 15 sentyabrı deyəndə ilk olaraq yada Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını azad etməsi düşür. Onun tərkibində vuruşan yüzlərlə türk əsgəri şəhidlik zirvəsinə yüksəlib.
Həmin vaxtlarda Qafqaz İslam Ordusunun tərkibində vuruşan türk əsgərlərindən xeyli sayda şəhid olanlar olub.

Həmin türk şəhidlərinin məzarları indi də Azərbaycanın müxtəlif bölgələrində salınıb.

Həmin məzarlıqlardan biri də Qobustan ərazisində yerləşir.

Qobustan rayonunun Acıdərə ərazisində türk əsgərinin məzarı qorunmaqdadır.
Əraziyə daxil olarkən ilk olaraq abidə görünür. Bu abidədən 15-20 metr aralıda isə şəhid məzarıdır. Bu məzar haqqında çox yazılıb və şeirlər ithaf olunub. Qeyd edilir ki, bu türk məzarının üstünü düzəltdirən və qoruyan Şamaxının Təklə kəndində yaşamış Məlikməmməd kişi olub.
Digər türk məzarlığı Ərəbşalbaş kəndində yerləşən məzarlıqdır. Dağlıq ərazidə yerləşən kəndin girəcəyində bir ağ günbəz var. Günbəzin içərisində türk qəbirləri qorunub saxlanılır.

Din.az bildirir ki, Modern.az-a daxil olan məlumata görə, hər iki türk məzarlığı baxımsız vəziyyətdədir.

Məsələ ilə bağlı Qobustan rayon icra hakimiyyətinin Təklə ərazi icra nümayəndəsi Gülbala Bayramov saytımıza açıqlamasında deyilənlərin doğru olmadığını bildirib.

“Ərəbşalbaş türk məzarlığının üzərində kiçik gümbəz tikilib. Artıq bu ərazi ziyarətgaha çevrilib. O da bir məzarlıqdır. Dövlət tərəfindən ora heç bir xidmət göstərilmir. İnsanlar ancaq pir, ocaq kimi Acıdərə türk məzarlığından istifadə edirlər.Ərazinin baxımsızlığından söhbət belə gedə bilməz”

Kənd nümayəndəsi deyir ki, Acıdərə türk məzarlığı da nəzarət altındadır.

“Sahəsi 2 hektar olan Acıdərə türk məzarlığına nəzarət edirəm. Burada 740 ədəd ağac var. Yarımsəhradır. Torpağı da acı və duzludur.

Azərbaycanda ən baxımlı türk məzarlığı Acıdərə türk şəhidliyidir. 2016-cı ilə qədər ora türk attaşesi baxırdı. Lakin sonra həmin məzarlığa nəzarət Türkiyə səfirliyinə verildi. Səfirlik tez-tez həmin əraziyə baş çəkir. Bu ilin iyul ayında 7 nəfər türk generalı əraziyə baxış keçirdilər. Bayraqları dəyişdilər. Kimsə türk məzarlığının baxımsız vəziyyətdə olduğunu deyirsə, əraziyə baxış keçirə bilər”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az