Türk İslam Birliyi Mərkəzi binası boşaldıldı – Bomba xəbərdarlığı

Türk İslam Birliyi Mərkəzində həyəcanlı anlar yaşandı.
Almaniyanın Köln şəhərində yerləşən Türk İslam Birliyi Mərkəzinin binası bomba xəbərdarlığı ilə təcili boşaldılıb.
Din.az Axar.az-a istinadən xəbər verir ki, naməlum şəxsin telefon zəngi ilə binaya bomba yerləşdirilməsi barədə məlumatından sonra binadakı şəxslər təxliyyə edilib.
Zəngin kim tərəfindən edildiyi araşdırılır. Məsələ ilə bağlı əlavə məlumat verilməyib.