Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Türk diplomatlar İsveçrədən sığınacaq istədilər

FETO üzvləri İsveçrədən sığınacaq istədilər.

Bir çox diplomatik pasporta malik Türkiyə vətəndaşı İsveçrədən sığınacaq istəyib.

“Din.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsveçrənin mühüm qəzetlərinden olan “Tages Anzeiger”in xəbərinə əsasən, Türkiyənin İsveçrədəki keçmiş səfiri Volkan Karagöz həm özü, həm də ailəsi üçün İsveçrədən sığınacaq tələb edib. İsveçrə Federal Hökuməti bəzi diplomatik pasportlu Türkiyə vətəndaşlarının İsveçrədən sığınacaq istəməsini təsdiq edib.

“Tages Anzeiger” qəzeti İsveçrənin bəzi siyasət adamlarının Volkan Karagözə sığınacaq verdiyi təqdirdə bunun İsveçrə ilə Türkiyə arasında həm siyasi, həm iqtisadi böhrana səbəb olacağını eşitdikləri narahatlığı dilə gətirib və bir çox başqa Fətullah Gülən tərəfdarlarının da İsveçrədən sıınacaq tələb edəcəklərinə işarə edib.

Keçmiş səfir Volkan Karagöz 15 iyul dövlət çevrililişinə cəhddən sonra fevral ayında FETO üzvü olması səbəbilə vəzifəsindən uzaqlaşdırılmış, lakin o, Ankaraya qayıtmayıb ailəsilə birgə İsveçrədən sığınacaq istəmişdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az