TÜRK ALİMLƏR NƏHƏNG PLANET AŞKAR ETDİLƏR – “ATATÜRK”

Türkiyəli elm adamları böyük uğura imza atdılar.
Türkiyəli elm adamlarının rəhbərlik etdiyi araşdırma qrupu Yer kürəsindən təxminən 210 işıq ili məsafədə Yupiter böyüklüyündə planet kəşf edib.
Din.az xəbər verir ki, türkiyəli elm adamlarının sözlərinə görə, bu planet Yerdən 1300 dəfə böyükdür və çox isti olduğundan həyat mümkün deyil.
2007-ci ildə başladılan araşdırma qrupunda türk, rus və yapon elm adamları iştirak edib.
“Bildiyimə görə Yaponiya, ABŞ, Fransa və Kanada kəşf etdikləri ilk planetə ad qoyublar. Bu niyə də bizdə olmasın? Bizim də belə bir fikrimiz var. Mənim ağlıma gələn “Türk”, “Türk 1” və “Atatürk” adlarıdır”, – araşdırma qrupunun üzvü Məsud Yılmaz bildirib. / Axar.az