Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

TÜRK ALİMİN CAVABI: “TƏKAMÜLƏ DEYİL, ALLAHA İNANIRAM” – VİDEO

“Mən müsəlmanam və bununla öyünürəm”.

“Təkamülə deyil, Allaha inanıram”.

Din.az bildirir ki, bu sözləri düyaca məşhur türk alim Aziz Sancar Türkiyənin Azərbaycandakı səfirliyində keçirilən konfransda sualları cavablandıran zaman deyib.

Keçirilən konfransda siqaretin DNT-yə verdiyi zərərlərdən danışan Nobel mükafatçısı etdiyi kəşfin xəritəsini də çəkib. Alim tələbələrin sualalrını cavablandıran zaman onlara “Siyasətlə deyil, elmə məşğul olun!” deyə məsləhət də verib.

Lakin tələbələrdən biri türk alimə dinlə elm arasındakı əlaqə haqqında sual verib. Aziz Sancar isə “Mən müsəlmanam və bununla öyünürəm. Təkamülə deyil, Allaha inanıram. Təkamülün olub-olmadığı fərq etməz. Təkamülə inanan inansın, inanmayan inanmasın” deyə cavab verib.

Din.az Türkiyə mediasında yayımlanan videoxəbəri sizə təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az