Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

TRAMPIN MÜSƏLMANLARLA BAĞLI VERDİYİ QƏRARA DƏYİŞİKLİK EDİLDİ

Məhkəmə qərarı ABŞ-ın hava limanlarında və tranzit zonalarında saxlanılmış 200-dək şəxsə şamil edilir.

Prezident Donald Trampın miqrasiya fərmanının qüvvəyə minməsinə baxmayaraq, qüvvədə olan vizalarla ABŞ-a səfər etmiş insanlara məhkəmə tərəfindən ölkədə müvəqqəti qalmaq icazəsi verilib.

“Din.az” “A24.az”a istinadən xəbər verir ki, Amerika Vətəndaş Hüquqları İttifaqının məlumatına əsasən, məhkəmə qərarı ABŞ-ın hava limanlarında və tranzit zonalarında saxlanılmış 200-dək şəxsə şamil ediləcək. ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin nümayəndəsi fərmanın qüvvəyə mindiyi 23 saat ərzində 109 nəfərin ölkəyə girişi məhdudlaşdırılıb.

Vətəndaş Hüquqları İttifaqı aeroportlarda saxlanılan 7 müsəlman ölkəsinin vətəndaşları adından hazırlanan petisiyanı təqdim etdikdən sonra hakim Enn Donelli müvafiq məhkəmə qərarı verib.

“Assoşieyted Press” qeyd edir ki, bütün ölkə ərazisində qüvvədə olan məhkəmə qərarı ABŞ hakimiyyətinə yeni fərmanın şamil edildiyi şəxslərin deportasiya olunmasını qadağan edir.

Qərar həmçinin qaçqın statusunun verilməsinə dair ərizələrinə müsbət cavab almış bütün şəxslərin hüquqlarını qoruyur.

Xatırladaq ki, Donald Trampın imzaladığı fərmana əsasən, qaçqınların qəbulu 120 gün müddətinə dayandırılıb. Bundan başqa, Suriya qaçqınlarının qəbulu qeyri müəyyən müddətə, İran, İraq, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının ölkəyə girişi isə 90 gün müddətinə dayandırılıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az