Trampdan Yaxın Şərq həmləsi: Müşavirlər göndərildi

Tramp Fələstin-İsrail münaqişəsinin həllinə pozitiv yanaşır.
ABŞ Prezidenti Donald Tramp müşavirləri – Cerard Kuşneri və Ceyson Qrinblatı Fələstin-İsrail münaqişəsinin nizamlanması çərçivəsində Yaxın Şərqə göndərəcək.
Din.az bildirir ki, bu barədə “Röyter” Ağ Evə istinadən məlumat yayıb.
Səfərdə ABŞ prezidentinin təhlükəsizlik üzvə müşaviri Dina Pauellin də iştirak edəcəyi gözlənilir.
ABŞ nümayəndə heyətinin İsrail və Fələstin başda olmaqla, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, İordaniya və Qətər liderləri ilə görüşəcəyi bildirilib.
Həmçinin qeyd edilib ki, Tramp Fələstin-İsrail münaqişəsinin həllinə pozitiv yanaşır və tezliklə həll olunacağına ümid edir. / Axar.az