Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Tramp Səudiyyə Ərəbistanına ilk rəsmi səfərə gedib

ABŞ prezidenti Yaxın Şərqə səfər edib.

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına ilk rəsmi səfərə gedib.
Din.az “Report”a istinadən xəbər verir ki, Ər-Riyadda Trampın Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səudla görüşü planlaşdırılıb.
Görüşdə əməkdaşlığın bir sıra sahələrdə möhkəmləndirilməsi məsələləri, xüsusilə iqtisadi və hərbi-texniki sahələr müzakirə olunacaq. Bir sıra ikitərəfli sazişlərin imzalanması gözlənilir.
Tramp Səudiyyə Ərəbistanından sonra İsrail və Vatikana səfər edəcək, daha sonra isə Brüsseldə NATO sammitində və Siciliyada G-7 liderlərinin görüşündə iştirak edəcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az