Tramp namaz xalılarını terrorçu predmeti kimi təqdim etdi – Rəzalət…

Tramp növbəti dəfə İslamofobiya qalmaqalının mərkəzinə gəlib.
Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp müsəlman namaz xalılarını(canamaz, səccadə) terrorla əlaqələndirməklə növbəti dəfə İslamofobiya qalmaqalının mərkəzinə gəlib.
Din.az bildirir ki, Moderator.az bu haqda xarici İslam saytlarına istinadla xəbər verir. Məlumata görə, Tramp “Tvitter” səhifəsində belə yazır: “ABŞ-ın cənub sərhədindən bir çox ölkələrdən olan insanlar keçir ki, onlardan bəziləri sizi çox heyrətləndirər…” Bundan sonra ABŞ lideri Meksika ilə sərhəd yaxınlığında guya “namaz xalıları tapan bir fermer”in “Washington Examiner” nəşrində dərc olunan sözlərini sitat gətirir.
Bu iddialara əsasən, Tramp açıq-aydın şəkildə demək istəyir ki, guya canamazlar üzərində ibadət edən bəziləri Meksikadan sərhəd boyunca ABŞ-a terror və ya təxribat törətmək məqsədi ilə nüfuz edir. Halbuki, dünyada 1 milyarddan çox insan canamaz üzərində namaz qılır. Və dövlət başçısının bu böhtanı namaz xalılarını terrorçu predmeti kimi təqdim etmək və bütün dünya müsəlmanlarını təhqir etmək deməkdir
Bununla yanaşı, digər media vasitələrinin araşdırmasına görə, guya hansısa fermerin Meksika ilə sərhəddə namaz xalıları tapması barədə Vaşinqton nəşrinin yaydığı xəbər təsdiqlənməyib. Həmin fermer anonim, yəni kimliyi açıqlanmayan şəxs olub və onun namaz xalılarını digər xalı, örtük və ədyallardan necə ayırdığına da dair şübhələr yaranıb.