Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Tramp müsəlmanları təbrik edib

“Ümid edirik ki, bu bayram onu qeyd edənlərə xoşbəxtlik və sülh gətirər.”

ABŞ prezidenti Donald Tramp dünya müsəlmanlarının Ramazan bayramını təbrik edib.

Ağ evin rəsmi saytı xəbər verir ki, ABŞ prezidenti bayram münasibətilə təbrik mesajı ünvanlayıb.

Təbrikdə deyilir:

“Müqəddəs Ramazan ayının sonunda müsəlmanlar bayram gününü dua ilə qeyd edirlər. Bu müqəddəs gün həm Birləşmiş Ştatlarda, həm də dünyanın hər yerində müsəlmanlara, ehtiyacı olan insanlara kömək etmək, Allaha olan inancı gücləndirmək, başqaları ilə birgə ibadət etmək və ünsiyyət qurmaqla bağlı öhdəliklərini xatırlama imkanı verir.

Ümid edirik ki, bu bayram onu qeyd edənlərə xoşbəxtlik və sülh gətirər. Biz bütün insanların Allahın məhəbbətini, əfvini və xoş niyyətini hiss etməsi üçün dua edirik”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az