Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayacaq

Yeni fərmana əsasən, ABŞ ərazisinə daxil olan miqrantlara qarşı yoxlamalar sərtləşdiriləcək.

ABŞ prezidenti Donald Tramp gələn həftə miqrasiya ilə bağlı yeni fərman imzalayacaq.

“Din.az”ın APA-ya istinad etdiyi xəbərə əsasən, bu barədə “Fox News” telekanalına Ağ Evdən bildiriblər.

Məlumata əsasən, yeni fərmanla ABŞ ərazisinə daxil olan və burada yaşayan miqrantlara qarşı yoxlamaların sərtləşdirilməsi gözlənilir.

Bundan əvvəl Tramp administrasiyası yanvarın sonunda hakimin qərarından məhkəməyə apelyasiya şikayəti verməkdən müvəqqəti olaraq imtina edib.

Xatırladaq ki, D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb. Daha sonra məhkəmə prezidentin miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salıb.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az