Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Tramp İsraillə Fələstin arasında sülh danışıqlarının başlandığını bəyan edib

“Biz sülhə gətirəcək prosesə start veririk”.

ABŞ prezidenti Donald Tramp İsraillə Fələstin arasında sülh razılaşması üzrə danışıqların başlandığını bəyan edib.

“Din.az”ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət başçısı Fələstin lideri Mahmud Abbas ilə görüşündə bəyan edib.

“Biz baş nazir Benyamin Netanyahu başda olmaqla bir sıra nüfuzlu İsrail nümayəndələri, həmçinin Fələstin liderləri ilə danışıqlar aparmışıq. Biz sülhə gətirəcək prosesə start veririk. Ümid edirəm ki bu proses uğurla nəticələnəcək”, deyə D.Tramp bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az