Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Tramp İraq vətəndaşlarının ABŞ-a gəlişinə qoyulan qadağanı aradan qaldıracaq

ABŞ-ın Yaxın Şərq siyasəti və mühacirlər….

ABŞ prezidenti Donald Tramp İraqı vətəndaşların Birləşmiş Ştatlara daxil olması, onların müvəqqəti məhdudlaşdırılması ilə bağlı tərtib edilən ölkələrin suyahısından çıxaracaq.

“Din.az”ın “Report”a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evdəki mənbələrə istinadən “Associated Press” xəbər verir.

Məlumata görə, Pentaqon və Dövlət Departamenti Prezident Administrasiyasına bununla bağlı təzyiq göstəriblər. Həmin qurumlar İŞİD terror qruplaşması ilə mübarizədə İraqın əsas rol oynamasına diqqət yetiriblər və Ağ Evdən bununla əlaqədar mövqeyinə yenidən baxmasını istəyiblər.

Qeyd edək ki, bu gün Trampın immiqrasiya haqqında yeni fərman imzalayacağı gözlənilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az