Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Tramp ərəb krallarına Türkiyə ilə bağlı əmr verdi

Səudiyyə Ərəbistanındakı qeyri-hökumət təşkilatları tərəfindən məlumat sızdırılıb.

ABŞ prezidenti Donald Trampın 3 ay əvvəlki Səudiyyə Ərəbistanı səfərinin bilinməyən detalları üzə çıxıb.

Din.az Sputnik.az-a istinadən xəbər verir ki, məlumat Səudiyyə Ərəbistanındakı qeyri-hökumət təşkilatları tərəfindən mediaya sızdırılıb.
Xəbərə görə, Donald Tramp ərəb kralları ilə görüşündə, onlardan iki məsələdə dəstək istəyib: Türkiyəni Suriyadakı proseslərdən uzaqlaşdırmaq və Qətərə təzyiq göstərmək.
“Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp, suriyalı müxaliflərin Ankaraya yaxınlığından narahatdır. Bu səbəblə Tramp, ərəb krallarından müxalifləri öz tərəflərinə çəkməsini və Türkiyəni Suriyadakı proseslərdən uzaqlaşdırmağı əmr edib. Tramp ərəb krallarını əmin edib ki, əgər Suriyada türklərin rolu artsa, bu, gələcəkdə həmin kralların öz postlarını itirməsinə səbəb olacaq. Yığıncaqda Suriya Müvəqqəti hökumətinin Türkiyədən çıxarılması və daim Ankara ilə birgə hərəkət edən Qətərə təzyiq məsələləri də ələ alınıb. Ağ Ev rəhbəri bunların vacib olduğunu vurğulayıb. Ərəb dövlət başçıları Trampın fikirlərinə etiraz etməsələr də, bu göstərişləri yerinə yetirməyin hələlik çətin olduğunu bildiriblər. Səbəb kimi isə ərəb xalqlarının Türkiyə rəhbəri Ərdoğana olan rəğbətini misal çəkiblər” — məqalədə qeyd olunub.
Mövzu ilə bağlı Türkiyədən hələlik rəsmi cavab verilməyib.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az