Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Tramp BƏƏ şahzadəsi ilə Qətərlə bağlı danışıqlar aparıb

Donald Tramp BƏƏ-nin varis şahzadəsi Məhəmməd bin Zeyid Əl Nəhayənlə danışdı.

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) varis şahzadəsi Məhəmməd bin Zeyid Əl Nəhayənlə telefon danışıqları aparıb.
Din.az bildirir ki, bu haqda Ağ Evin mətbuat xidmətindən bildirilib.
“Prezident ABŞ-ın regiondakı müttəfiqləri arasında birliyin əhəmiyyətini qeyd edib və terror qruplarının maliyyələşdirilməsini kəsmək, ekstremizm ideologiyasını etibardan salmağın bütün ölkələr üçün daha çox zəruri olduğunu qeyd edib”, – deyə xəbərdə bildirilir.
İyunun 5-də Bəhreyn, Səudiyyə Ərəbistanı, Misir və BƏƏ Qətəri terror qruplaşmalarına dəstək verməkdə ittiham edərək bu ölkə ilə diplomatik əlaqələri kəsiblər.
Daha əvvəl Tramp Qətər, BƏƏ və Səudiyyə Ərəbistanını “İran təhlükəsi” ətrafında birləşməyə çağırıb. /  Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az