Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

DONALD TRAMP: “AMERİKA DÜNYANI FƏTH EDƏCƏK”

“Amerika enerji bazarında bazarında dominantlıq edəcək”.

“ABŞ öz enerji ehtiyatlarını bütün dünyaya ixrac edəcək”.

Din.az “APA TV”yə istinadən bildirir ki, bu bəyanatla ABŞ prezidenti Donald Tramp çıxış edib.

Ağ Ev sahibi bununla da Amerikanın dünyanı fəth edəcəyini deyib:

“Dünyada “qızıl dövr” başlayır. Amerika enerji bazarında bazarında dominantlıq edəcək. Bu, bizim yeni enerji proqramımız sayəsində reallaşacaq”.

Tramp ABŞ sıxılmış qazının Asiya ölkələrinə, kömürün isə Ukraynaya ixracının artırılacağını bildirib. Əlavə edib ki, hazırda onun administrasiyası atom enerjisinin inkişaf etdirilməsi ilə bağlı ideyanın müzakirəsi ilə məşğuldur. Bu ideya reallaşarsa, o zaman dünyada hasil edilən təbii qaza və digər enerji mənbələrinə ciddi alternativ olacaq.

Daha bir vacib məsələ isə ABŞ şelfində yeni neft və qaz yataqlarının hasilata başladılmasıdır. Həmin yataqların fəaliyyəti Barak Obama dövründə dondurulmuşdu. Yeni prezident isə bu qərarı aprelin sonunda ləğv edib. Tramp addımını ölkə vətəndaşları üçün minlərlə iş yerinin açılması ilə əlaqələndirib.

Xatırladaq ki, Donald Tramp ABŞ Enerji Nazirliyində “Yeni enerji siyasətinin başladılması” mövzusunda keçirilən toplantıda iştirak edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az