Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Tramp: “ABŞ Suriyadan olan xristian qaçqınları qəbul edəcək”

Tramp mühacirlər arasında ayrı-seçkiliyə yol verdi.

ABŞ Suriyadan olan xristian qaçqınları qəbul etməyə hazırdır.

“Din.az” APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp CBN telekanalına verdiyi müsahibədə bildirib.

“Bundan əvvəl xristianlardan fərqli olaraq Suriyadan gələn müsəlman qaçqınlar rahatlıqla ABŞ buraxılırdı. Suriyada terrorçular tərəfindən ən çox zorakılığa məruz qalan isə məhz xristianlardır. ABŞ Suriyadan olan qaçqınların qəbulunda daha çox xristianlara üstünlük verəcək”, deyə D.Tramp bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ-a getmək istəyən 7 ölkə vətəndaşlarına (İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəmən) viza verilməsinin müvəqqəti olaraq dayandırılacağı bildirilirdi.
D.Tramp seçkiqabağı kampaniya zamanı immiqrasiya və qaçqın qəbulunu sərtləşdirməyə söz vermişdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az