Tolstoyun İslam dininə və Məhəmməd Peyğəmbərə heyranlığı üzə çıxdı – Sənədli FOTOLAR

Lev Tolstoy Hz. Muhammədin hədislərini bir kitaba toplayıb.
Lev Tolstoy ömrünün son illərini din, cəmiyyət, əxlaq və sənət mövzularındakı fikirlərindən bəhs edən yazılar yazmağa ayırırdı. Ən çox diqqət çəkən isə Tolstoyun Hz.Muhammədin hədislərindən topladığı bir kitab çıxarması olmuşdu. Bu kitab çox müzakirə edildi, haqqında çox danışıldı.
Din.az “A24.az”a istinadən insanların diqqətini cəlb edən kitabı və yazılma müddətini sizin üçün araşdıraraq təqdim edir:
– Dünya ədəbiyyatının nəhəng yazarı Tolstoyun ölümündən bir il əvvəl Hz. Muhammədin hədislərini bir kitaba topladığı xəbəri böyük marağa səbəb olmuşdu. Lakin Tolstoyun bu kitabının rus xalqına təsir etməsin deyə uzun illər gizli saxlanıldığı bildirilir.
– 1908-ci ildə Hindistanlı alim Abdullah Əl-Sühreverdinin “Hz.Muhammədin hədisləri” kitabını oxuduğu zaman bu kitabdan çox təsirləndiyini söyləyir. Hz. Muhammədin din və əxlaq üzərində yazılan hədisləri Tolstoyun din anlayışına yeni nailiyyətlər gətirib.
– Tolstoy bundan sonra Hz.Muhammədin hədislərini, islam dininə olan heyranlığından bəhs edən və öz fikirlərini də əlavə edərək kitab halında toplayır.
– Araşdırmalar onu göstərir ki, dövrün rus ziyalıları, Tolstoyun ilahi bir qüvvəyə sahib olduğunu görür və onun islamı qəbul etməsinin rus cəmiyyəti arasında İslama dair güclü bir axın başlada biləcəyini bilirdilər. Ona görə də Tolstoyun Hz.Muhammədin hədislərindən topladığı kitabçanı KQB kimi Rusiya kəşfiyyat orqanları gizli saxlamağa, unutdurmağa və çap edilməsinə mane olmağa çalışırdılar.
– 1978-ci ildə isə yazılar toplumunun giriş hissəsi yayımlanmaq istənilir. Lakin senzura yenə nəşrə icazə vermir. Son çarə olaraq Moskvaya müraciət edilir və illər sonra nəhayət, Tolstoyun əsəri üzə çıxır. 1978-ci ildə ilk dəfə Azərbaycan mediasında Azərbaycan və rus dilində yayımlanır.
– Kitab rusiyalı Yelena Vəkilovanın Tolstoy və oğulları yazdığı məktubunda da yer alır. Vəkilova iki oğlunun atalarının İslam dininə meyl etdiyini, rus və xristian olaraq özünün nə edəcəyini Tolstoyla məsləhətləşir.
– Tolstoy isə təəccüb doğuran bir cavab verir: “Muhammədliyə Xristian dinindən daha çox əhəmiyyət vermələrinə gəlincə mən bütün qəlbimlə buna qatılıram. Bunu söyləmək nə qədər qəribə səslənsə də, mənim üçün Muhammədlik xaça inanmaqdan müqayisə edilməyəcək qədər üstündür”.
– Təsbitlərini və şəxsi düşüncələrini yazmağa davam edən Tolstoy məktubuna bu şəkildə davam edir: “Əgər insan seçmə haqqına sahib olsaydı, ağlı başında olan hər bir insan şübhə və tərəddüd etmədən Muhammədliyi; bir olan Allahı və Peyğəmbərini qəbul edərdi…”
– Tolstoy kitabda ən çox Allaha inamı, kasıbçılıq, bərabərlik, ölüm və yaxşı insan olmaq kimi mövzuları əhatə edən hədisləri seçib toplayıb. Tolstoyun seçdiyi hədislərdən bəzilərini təqdim edirik:
– Sizdən biriniz özü üçün arzu edib istədiyi şeyi din qardaşı üçün də arzu edib istəmədikcə həqiqi anlamda iman etmiş olmaz.
Ölüm bir körpüdür, dostu dosta qovuşdurur.
İşçinin haqqını alnının təri qurumadan verin.
Həqiqət insanlar üçün nə qədər acı olsa da, həqiqəti söyləyin.
Heç kim hirsini udmaqdan daha gözəl bir içki içməmişdir.
– Tolstoy öldüyü zaman məzarının başında xristianlığın simvolu olan xaçın olmaması onun dinindən çıxarıldığı və ya müsəlman olması kimi mübahisələrə yol açmışdı. Tolstoy “Müsəlman hər zaman Evangelizmin üstünə çıxır. O insanı Allah saymır və özünü də Allah ilə bir tutmur. Müsəlmanların Allahdan başqa ilahı yoxdur və Muhamməd Onun peyğəmbəridir. Burda heç bir müəmma və sirr yoxdur” sözləri ilə İslam dininə olan heyranlığının səbəbini açıqlayıb.
Firuzə Alimova