Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Tiflisdən növbəti Keşikçidağ Məbəd-Kompleksi açıqlaması: Bakının nəzarəti…

“Keşikçidağ Məbəd-Kompleksilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil”.

Sərhəd məsələsi ilə bağlı növbəti görüşün tarixinin müəyyən olunması üçün Azərbaycan tərəfi ilə intensiv kommunikasiya aparılır.

Din.az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatında deyilib.

XİN-dən bildirilib ki, Azərbaycan tərəfinin Keşikçidağ Məbəd-Kompleksi ərazisində cığırı möhkəmləndirməsi ilə bağlı mətbuat və sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Nazirlik aparılan təmir işlərinin Azərbaycanın nəzarəti altında olan ərazidə həyata keçirildiyini qeyd edib.

XİN vətəndaşları sərhədlə bağlı danışıqlar prosesinə zərər vuracaq yoxlanılmamış və əsassız informasiyalar yaymaqdan çəkinməyə çağırıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az