Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Təzadlar şəhəri Cakartada Ramazan

Həyat standartı olduqca aşağı olsa da, çöldə hər kəsə uyğun çox çeşidli restoranlar var

Dünyada ən çox müsəlmanın yaşadığı İndoneziyanın paytaxtı Cakartada olan müxbir Mehmet Özay Ramazanın necə keçdiyinə dair yazı qələmə alıb.

İslam, dünyanın ən rəngli və müsəlmanın ən sıx yaşadığı İndoneziyada Ramazan ayı cəmiyyətdə fərqli təbəqələrin ortaq həyəcanına səbəb olur. Ramazan həyəcanı eyni zamanda üçüncü dünya ölkələrinin ən çox sıxlıq təşkil etdiyi paytaxt Cakartada daha diqqətə çarpacaq dərəcədə görünür.

Cakartada İslam, müsəlmanlıq deyildikdə şübhəsiz, ağla ilk olaraq İstiqlal məscidi gəlir. Məscid Ramazan ayında əhəmiyyətli tədbirlərə ev sahibliyi edərək camaatın dini inanclarını yerinə yetirməsinə şərait yaradır. Ancaq paytaxt bu məsciddən başqa digər dini məkanları ilə də Ramazanı qarşılayır.

Xristian vəlidən Ramazan tənzimləməsi…

“Ziddliklər paytaxtı” olaraq da tanınan Cakartada Ramazan ayı inanclı insanların həyatını rahatladacaq tənzimləmələrə də səhnə olur. Bu zididiyyətləri yaradan ən vacib ünsür isə iki ilə yaxın bir vaxtdır ki, şəhərin Çin əsilli bir xristiyan olan vəli Basuki Tjahaja Purnama tərəfindən idarə olunmasıdır. Çinin Haqqa etnik quruluşuna mənsub olması səbəbindən Ahok ləqəbi ilə də tanınan vəli Ramazan ayından əvvəl bir çox qurumlarda iş saatlarını tənzimləyərək “xoş görüş” mühitinə zəmin hazırlayarkən, işçilərin iş intizamını güzəştə verməməsi ilə bağlı verdiyi açıqlamaları ilə onların rahatlığına da mane olur. Rəsmi qurumlarda səhər saat 7-də başlayan iş, günorda saat 2-dən sonra başa çatır. Beləcə müsəlman əhali sübh azanından sonra işə getmək üçün yola düşərkən, günorta namazından sonra ailələri ilə iftar hazırlıqları üçün kifayət qədər vaxta sahib olurdular.

Lakin iş saatlarına edilən düzəlişlərdə günortadan sonra gündəlik işin çoxluğu iftar təlaşına çevrilib. Son dərəcə lüks maşınlar və “bajai” adlandırılan üçtəkərli taksilər, kirayəlik motosikletlər az qala hər addım başı sərnişinlərini gözləyir.

Səyyar restoranlar…

Şəhərin mərkəzi Monas Anıtı ətrafındakı geniş küçələrdən başlayan avtomobil tıxacı məhəllələrə qədər gedib çıxır. Ailələri, yaxınları ilə birlikdə iftar açma arzusu insanları sadəcə evlərə yönəltmir. Həyat standartı olduqca aşağı olsa da, çöldə hər kəsə uyğun çox çeşidli yemə-içmə məkanları yaşamı daha da asanlaşdırır. Geniş küçələrin, dar məhəllələrin həm sağında, həm də solunda ikindi namazından sonra açılmağa başlayan açıq hava restoranları, beş ulduzlu otellər və onların retoranları Ramazanda xidmətlərini davam etdirir.

Məscidlər, göydələnlər və gecəqondular birləşdirir…

Paytaxt Cakartada gecəqondular ilə göydələnlərin iç-içə keçdiyi görünüş ilə fərqli bir təzad sərgilənir. İki fərqli dünyanın göstəricisi olan gecəqondu və göydələnləri simvolik olaraq birləşdirən isə məscidlərdir.

Xalqın müqəddəs məkanlarda həmişə birlikdə iftar etmə ənənəsi, böyük şirkətləri də bənzər bir tətbiqə sövq edir. Beləcə göydələnlərdə yerləşən şirkətlərin yaxınlığındakı məscidlər Ramazan ayında kasıbın könlünün alındığı məkanlara çevrilir.

Böyük şirkətlərdə iftar proqramları…

Normal günlərdə bu binalara bəlkə də heç yolu düşməyən şəhərin həm iqtisadi, həm də ictimai mənada zərər çəkmiş əhalisi, eyni ictimai təbəqəyə mənsub şəxslərlə bir yerdə müqəddəs ayın ən əhəmiyyətli anlarından birini keçirmiş olur. Böyük şirkətlər təşkil edilmiş proqram sayəsində kasıbların iftar saatını şənləndirir. Şirkət və məscid işçilərinin əl birliyi ilə hazırlanan süfrələrə qonaqlar dəvət edilir. Qadın, uşaq və yaşlı insanlar bəlkə də ən hüzurlu anlarını burada yaşamış olurlar. Burada bu nemətə şükür etdikləri qədər, aid olmadıqları bir məkanda olmağın utancaqlığını da üzlərindən oxumaq mümkündür.

Paytaxt Cakartada, varlı ilə kasıbın geniş müsəlman toplumu Ramazanı bütün zidlikləri ilə birlikdə yaşayır. Bütün bu zidliklərə baxmayaraq, müsəlmanlar orucla birlik yaradır.

20160605_2_17358300_11069253_Web

20160605_2_17358300_11069257_Web (1)

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az