Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Terrorçubaşına icazə verilir, prezidentə isə icazə verilmir”

Mövlud Çavuşoğludan Almaniyaya sərt sözlər…

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu son günlərdə Almaniya ilə aralarında baş verən gərginliklə bağlı mühüm açıqlamalar verib.

“Din.az” “timeturk.com”a istinadən xəbər verir ki, Çavuşoğlunun açıqlamalarından əsas məqamlar bunlardır:

“Terrorçubaşına icazə verirsiniz, lakin Türkiyə prezidentinə icazə vermirsiniz. Bunu heç nə ilə izah etmək olmaz. İndi də son anda bələdiyyələr toplantıları ləğv etməyə başlayıb. Bunlar təsadüf deyildir. Onlar Türkiyənin burada kampaniya keçirməsini istəmirlər. Çünki onlar da faydalı işlər görməyə çalışırlar. Güclü Türkiyənin qarşısını kəsmək istəyirlər. Almaniyadakı səfirimizi nazirliyə çağırmalarının üzrü qəbahətindən böyükdür. Türkiyə sizin əmrinizdə olan bir ölkə deyildir. Gəlik birgə hərəkət edək. İki ölkə arasında çox mühüm əlaqələr mövcuddur. Biz bunları gücləndirməliyik. Bizimlə əlaqələrinizi davam etdirmək istəyirsinizsə, bizimlə necə davranacağınızı öyrənməlisiniz”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az