Terror təşkilatı müsəlmanları xristianlardan belə xilas edəcək

Əl Qaidə liderindən yeni hücum qərarı…
“Avropa ölkələrinin vətəndaşlarını girov götürün ki, onları həbsdəki cihadçılarla dəyişə bilək”.
“Din.az”ın verdiyi məlumata görə, “axar.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Əl Qaidə terror təşkilatının lideri Ayman əz-Zəvahiri söyləyib.
Onun sözlərinə görə, bu fəaliyyəti sonuncu müsəlman xristian həbsxanasından azad olanana qədər davam etdirmək lazımdır.
Qeyd edək ki, Ayman əz-Zəvahiri Üsamə Ben Ladenin ölümündən sonra Əl Qaidəyə rəhbərlik edib.