Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Tehran və Ankara PKK-ya qarşı birləşir? – SEPAH

Ankara ilə Tehran PKK-ya qarşı birgə əməliyyat keçirəcək.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Türkiyə ilə birgə PKK-ya qarşı hansısa əməliyyat keçirmək fikrində deyil.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı SEPAH-ın mətbuat xidməti yayıb.

“Biz xaricdə heç bir əməliyyat keçirmirik. SEPAH izn verməyəcək ki, hansısa şəxs və ya qruplaşma İrana təsir etməyə cəhd etsin”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, bundan öncə Türkiyə mətbuatı Ankara ilə Tehranın PKK-ya qarşı birgə əməliyyat keçirəcəyi haqqında informasiya yayıb. Mətbuat bu barədə razılaşmanın İranın Baş Qərargah rəisi Məhəmməd Bagirinin Ankaraya səfəri zamanı əldə olunduğunu bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az