Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Təcavüz etdi döyüldü, amma məhkəmə qərarı hamını ŞOK ETDİ

Sorğudan çıxdıqdan sonra keçirilən məhkəmə prosesindən sərbəst buraxıldı.

Türkiyədə 2 qız uşağına təcavüz etmək istəyən şəxs vətəndaşlar tərəfindən döyülüb.

Din.az bildirir ki, Adanada parkda 14 yaşındakı 2 qız uşağına təcavüz etdiyi iddia edilən şəxs, vətəndaşlar tərəfindən zərərsizləşdirilib.

Bildirilir ki, hadisə Seyhan çayı sahilindəki Mərkəzi Parkda baş verib. İddia edilir ki, Sinan T adlı şəxs, parkda dostları ilə birgə gəzən 14 yaşıdakı S.A və H.T-yə qarşı təhqir edici ifadələr işlədərək, təcavüz etmək niyyətində olub. Parkda gəzən qız uşaqlarının həmin andaca qışqırması, parkda olan digər vətəndaşları hadisədən xəbərdar edib. Sinan T, qaçmağa çalışsa da parkda olan vətəndaşlar tərəfindən tutularaq şiddətli şəkildə döyülüb. Parkın təhlükəsizlik xidməti ilə məşğul olan polis əməkdaşları vətəndaşlarla təcavüz etmək istədiyi iddia olunan şəxs arasında baş verən davaya müdaxilə edərək, üst başı cırılmış və bədənin də zərbə izləri olan Sinan T-ni nəzarət altına aldılar. Şübhəli bilinən Sinan T, polis bölməsində sorğudan çıxdıqdan sonra keçirilən məhkəmə prosesindən sərbəst buraxılıb. / A24.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az