Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Təbrizli satıcıdan İranı qəhərləndirən addım

Son günlər İranda uşaq oğurluğu artıb.

İranda son aylarda uşaq oğurluğunun artmasına qarşı Təbrizdə fəaliyyət göstərən satıcılardan biri maraqlı reaksiya verib.

Din.az bildirir ki, adi paltar satıcısının öz dükanının şüşəsinə yapışdırdığı elan sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Belə ki, satıcı övladlarının itməsini istəməyən valideynləri öz dükanına dəvət edib və onların övladlarını qoruyacağına söz verib:

“Xahiş olunur, uşaq arabasını mağazanın daxilinə gətirin. Bizim mağazamızın çirklənməsini və ya arabınızın burada əlavə yer tutmasını fikirləşməyin. Gözümüzün nurları yanımızda olsun bizə yetər. Uşaqları çöldə qoymaqla yeni Atena və Benita hadisəsinin təkrarlanmasını istəmirik”.

Qeyd edək ki, son günlər İranda uşaq oğurluğu artıb. Bunların çoxusu isə azyaşlıların ölməsi ilə nəticələnib. /  Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az