Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Təbrizin icra başçısı: “Biz istəyirik ki, Azərbaycana…”

“Biz istəyirik ki, Azərbaycan hökuməti İrandan gələnlərdən viza almasın”.

İranda səfərdə olan azərbaycanlı jurnalistlər Təbrizin icra başçısı Rəhim Şöhrətifər görüşüblər.

Din.az-ın APA-ya istinad etdiyi xəbərə əsasən, R. Şöhrətifər qeyd edib ki, hər iki dövlətin tarixi bağlılığı var. O, Təbrizin 2018-ci ildə “İslam ölkələrinin turizm paytaxtı” elan olunduğunu xatırladaraq 2019-cu ildə bu adın Bakıya veriləcəyini söyləyib: “Bu, təsadüfi deyil. Çünki bizim tariximizin, mədəniyyətimizin və əhalimizin qonaqpərvərliyi hər iki şəhərə bu adın verilməsinə imkan verib”.

Şöhrətifər deyib ki, İrandan Azərbaycana çoxlu sayda turist səfər edir: “Biz çalışmalıyıq ki, bu ittifaqı genişləndirək və Azərbaycandan da İrana gələn çox olsun. Biz istəyirik ki, Azərbaycan hökuməti İrandan gələnlərdən viza almasın, bununla da Təbrizdən Azərbaycana çoxlu sayda turist getsin. Təbriz tarixi cəhətdən İranın ən böyük şəhəridir. Təbrizin tarixi və görməli yerləri çoxdur. Jurnalistlər də çalışmalıdır ki, bu yerlərlə tanış olub, bunları Azərbaycan ictimaiyyətinə, azərbaycanlı turistlərə çatdırsınlar”.

Qeyd edək ki, Təbriz bələdiyyəsinin təşkilatçılığı ilə Azərbaycan jurnalistləri Təbriz şəhərində səfərdədir. Səfər avqustun 30-dan sentyabrın 2-dək davam edəcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az