Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Təbrizdə Ərk Qalası məhv edilir

Ərk Qalası İran Azərbaycanının simvollarından biridir.

Keçən ildən bəri Təbrizin tarixi Ərk Qalasının tədrici məhv edilməsinə dair ortaya çıxan narahatlıqlar, qalanın cənubi istinad divarının gecə saatlarında ağır tikinti maşınları vasitəsilə götürülməsdən sonra daha da artıb.

“Elxanilər” dönəmindən qalmış Ərk Qalası Təbriz və ümumiyyətlə İran Azərbaycanının simvollarından biri hesab edilir.

Din.az bildirir ki, İran Azərbaycanında mədəni fəallar keçən ildən bəri Ərk Qalasının ətrafında onun zədə alması və tədrici məhvinə yol verə biləcək tikinti işlərini dayandırmaq üçün etiraz kampaniyaları təşkil etməkdədirlər.

Qalanı cənubi istinad divarının bir neçə gecə öncə götürülməsinə dair görüntülərin yayılması türk fəallar və şəhərin ictimai xadimlərini təkrar hərəkətə keçirib.

Təpkilərin artması ardından Şərqi Azərbaycan vilayəti turizm təşkilatının sədri Murtaza Abdar mətbuata açıqlama verib.

Təbrizdə fəaliyyət göstərən internet portalı Nasr News-a istinadən, Abdar “istinad divarının turistlər üçün daha uyğun bir keçid təmin etmək məqsədi ilə götürüldüyünü” iddia edir.

Keçən il mövzu ilə bağlı Amerikanın Səsinə müsahibə verən müasir tarix araşdırmaçısı Ələsgər Haqdar “Ərkin məhvinin Təbriz, Azərbaycan və türklərin mədəniyyətinin məhvi” olduğunu ifadə edib.” / Qaynarinfo.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az