Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Təbriz-Bakı reysində həyəcan: Təyyarə havada ikən…

Təbriz-Bakı reysində nasazlıq yarandı.

Təbrizdən Bakıya uçan təyyarədə nasazlıq yaranıb.

Din.az Axar.az-a istinadən xəbər verir ki, ATA hava yollarına məxsus, 160 sərnişin olan təyyarə bu gün Təbriz-Bakı reysini həyata keçirmək üçün havaya qalxsa da, qısa zaman sonra geri qayıtmağa məcbur olub. Belə ki, havaya qalxandan az sonra təyyarə motorlarından birinə quş daxil olub. Nəticədə, mühərrikin sıradan çıxma təhlükəsi səbəbindən təyyarə yenidən Təbriz limanına enib.

Sərnişinlərin yerli vaxtla saat 20:00-da başqa təyyarə ilə Bakıya yola salınacağı bildirilsə də, onların hələ də Təbriz hava limanında gözlədiyi vurğulanır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az