Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ŞÜURUMUZUN FORMALAŞMASINI GÖZLƏYƏN İLAHİYYATÇILAR… – ELŞAD MİRİ YAZIR

“Cəmiyyət bu informasiyaları eşitməyə və qəbul etməyə hazır deyil”.

İlahiyyatçı Elşad Miri adaşı, ilahiyyatçı Elşad Mahmudovun “modern.az”a verdiyi müsahibəyə münasibət bildirib. Elşad Miri özünün sosial şəbəkədəki hesabında müsahibə barədə bunları qeyd edib:

“İlahiyyatçı adaşım Elşad Mahmudov jurnalist Aqşin Kərimova müsahibə verib. Müsahibə çox geniş olduğu və mənim də hazırda çapa hazırladığım kitablara daha çox vaxt sərf etdiyimə görə, yazının bəzi hissələrini oxudum. Müsahibənin axırıncı paraqrafı çox xoşuma gəldi.

Mən sizi müsahibədəki həmin paraqrafla baş-başa buraxıram:

“Elə elmi məqalə və informasiyalar var ki, biz ilahiyyatçılar onu bilsək də, cəmiyyətə çatdırmırıq. Çünki dediyim kimi şüur tam formalaşmayıb. Cəmiyyət bu informasiyaları eşitməyə və qəbul etməyə hazır deyil. Vaxt lazımdır. Peyğəmbər şüuru formalaşmayan cəmiyyətdə durub peyğəmbərin səhvlərindən danışmağın heç yeri yoxdur. Hətta lazımsız bir şeydir. Bu vəziyyəti daha da pisləşdirir. İnsanların tam olaraq peyğəmbərlik institutu haqqında dərin bilikləri və düşüncələri yoxdur, onsuz da onlarda bir sürü şübhələr var. Belə məsələləri gündəmə gətirməklə onlardakı şübhələri daha da çoxaldırsınız. Buna deyirlər, qaş düzəldən yerdə vurub gözü çıxartmaq. Ona görə də lazım deyil. Peyğəmbər haqqında danışılası o qədər gözəl və cəmiyyətə müsbət təsir edən şeylər var ki! Sən durub peyğəmbərin xətalarından danışdığın zaman isə məsələ daha da qəlizləşər””.


İlahiyyatçı qeyd edib ki, Elşad Mahmudovun bu sözləri hər şeyi deyir.

“Deməli bizim ilahiyyatçılarımız cəmiyyətin şüurunun formalaşmasını gözləyirlər. Görəsən bizdən əvvəlki ilahiyyatçılar nələri gizlətdilər ki, şüurumuz tam formalaşmadığı, onlarınki isə tam formalaşdığı üçün həqiqətlərdən bixəbər qaldıq. Allah şüurumuzun hansı mərhələsində Quran kitabını göndərib?

Allah isə gizlətməyi qadağan etmirmi?

“Bu kitabda endirilən izah edici və əsas ayələri insanlara açıq-aşkar bildirəndən sonra gizlədənləri Allah kənarlaşdırar, kənarlaşdırası vəziyyətdə olanlar da kənarlaşdırarlar” (“Bəqərə” surəsi, 2/159).

“Siz onu (kitabda olanları) gizlətməyib, insanlar üçün aydınlaşdırmalısınız!” (“Ali-İmran” surəsi, 3/187).

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az